Keçmiş məhkum yenidən cinayət törətdi


13:07     17 İyul 2020 hebs%20ol6.jpg

Ağsu rayonunda mağazdan oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də şəhər ərazisindəki mağazaların birindən 1 655 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş R.Soltanov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 574