Səfərbərlik Xidmətindən vətəndaşlara MÜRACİƏT
17:38 17 İyul 2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) vətəndaşlara müraciət edib.
Dövlət Xidmətindən Femida.az-a bildirilib ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər.
https://exidmet.seferberlik.gov.az/Volunteer/Service
"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən olunmuş tələblərə əməl edilməsi, respublikamızda və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Dövlət Xidmətinin Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır", - Dövlət Xidmətindən bildirilib.
Femida.az
Oxunub: 812
Oxşar xəbərlər
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Rusiyada qismən səfərbərlik elan olunub
- Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb
- Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
- General Səfərbərlik Xidmətinin rəis müavini vəzifəsindən azad olunub
- Zelenski səfərbərliklə bağlı qərar verdi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə yaradılan komissiya fəaliyyətə başlayıb
- Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb