İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi


19:12     17 İyul 2020 20_07_17_1594998771.jpg


İyulun 17-də İstanbulun mərkəzi bölgələrindən olan Beşiktaş rayonunda Türkiyənin siyasi partiyalarının nümayəndələri tərəfindən Azərbaycana dəstək aksiyası keçirilib.

Femida.az xəbər verir ki, aksiyada işğalçı Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsi tələb olunub, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilən təxribat şiddətlə qınanıb.

Aksiyada çıxış edənlər bildiriblər ki, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində müşahidə olunan gərginlik Ermənistanın işğalçı təfəkkürünü əks etdirir. Ermənistanın bu təxribatı, eyni zamanda, Cənubi Qafqazda daimi sülh və sabitliyi təhlükə altına salır. Bu qəfil hücum Ermənistanın Azərbaycana qarşı aqressiv münasibətini bir daha göstərdi. Ermənistanın bu münasibəti, eyni zamanda, Cənubi Qafqazda sülh və sabitliyə ən böyük təhdiddir.

Bildirilib ki, beynəlxalq cəmiyyət bu təxribata biganə qalmamalı, Ermənistan dövlətinə həddini bildirməlidir.

Aksiyada Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altındaki Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması və ermənilərin təxribatlarının qarşısının alınması tələb olunub, müvafiq şüarlar səsləndirilib.

Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 645