Bacısının başını kəsən qızdan son xəbər var - FOTO


17:18     07 Aprel 2015 bacisini0.jpg

Ötən ilin oktyabrında Bakıda bacısı Günelin boğazını kəsərək öldürən Pərvanə Nuriyevanın istintaqı yekunlaşıb.

Femida.az-ın axar.az-a istinadən verdiyi xəbərə görə, məhkəmə - psixatrik ekspertiza təyinatından sonra onun müalicəsi davam etdirilir. İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da Pərvanə ilə görüşündən sonra qatilin psixoloji pozuntuları olduğunu qeyd etmişdi. Həmçinin, qızın ifadəsində “Yuxuda dedilər ki, vaxtı çatıb, qalx, öldür” deməsi də onun ruhi vəziyyətinin normal olmadığı qənaəti yaradır. Əgər ekspertiza P.Nuriyevanın cinayəti törədərkən güclü ruhi həyəcan keçirdiyi müəyyən etsə, məhkəmə onun barəsində məcburi müalicəyə göndərmək hökmü çıxara bilər. 


Ancaq ekspertizanın nəticələri ictimaiyyətə açıqlanmır. Son xəbərə görə, məhkəmə prosesi qapalı keçirilir və ictimailəşdirilməsi məqsədəuyğun sayılmır. Qızların atası, Şəkidə tanınmış iş adamı və bələdiyyə üzvü olan Etibar Nuriyev hadisənin konfidensial saxlanmasını istəyib.


Qeyd edək ki, əslən Şəkidən olan bacılar Bakıda musiqi təhsili alırdı. P.Nuriyeva ilkin ifadəsində bacısının lesbiyan olduğunu, evə qadınlar gətirdiyini deyərək onu bu yoldan çəkindirməyə çalışdığını söyləyib. Onun dediyinə görə, bacısı bu xəbərdarlıqlara məhəl qoymadığı üçün onu öldürüb. İkinci açıqlamada isə yuxuda ona hökm gəldiyini və ona görə oyanıb bacısının başını kəsdiyini bildirib. 


Femida.az 

Açar sözlər:

Oxunub: 541