Dünyada koronavirusdan ölənlərin sayı 600 mini ötdü


20:52     18 İyul 2020 2020/01/koronovirus2_1580468432.jpg

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayı 600 mini keçib.

Femida.az-ın “worldometers”ə istinadən verdiyi xəbərə görə, dünyada virusdan ölənlərin sayı 600 238 nəfərə çatıb.

Dünyada COVID-19-a yoluxanların sayı 14 228 185, xəstəlikdən sağalanların sayı isə 8 495 122 nəfərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 637