Nazirlik əmək müqaviləsi ilə bağlı şikayəti araşdırdı


22:32     18 İyul 2020 2020/07/fazil_1595097355.jpg

Sosial şəbəkə səhifələrinin birində Bakı şəhəri, Binəqədi rayon sakini Natəvan Xəlilovanın guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işə göndəriş verilməsi, bir günlük əmək müqaviləsi bağlanılması və bunun birdəfəlik ödəmə almasını məhdudlaşdırılması məqsədilə edildiyi barədə əsassız şikayəti yayılıb.

Femida.az xəbər verir ki, bunu Nazirliyin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. Onun sözlərinə görə, məsələ Nazirlik tərəfindən dərhal araşdırılıb.

"Əmək müqaviləsi bildirişi altsistemi vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, Natəvan Xəlilova ilə fiziki şəxs Həbibov Mehman Cabir oğlu (qeydiyyat ünvanı Quba) arasında 16.05.2020 tarixdə əmək müqaviləsi imzalanıb (məşğulluq təsnifatı – təkər düzəldən) və elə həmin tarixdə də müqaviləyə xitam verilib.

İşəgötürənlə bu barədə söhbətdə bundan xəbərsiz olduğunu, mühasibi tərəfindən qanunsuz hərəkət edildiyini qeyd edib.

Natəvan Xəlilovaya məsələ ilə bağlı ətraflı məlumat verildi. Nazirlik tərəfindən vətəndaşın adına hər hansı bir iş üçün göndəriş verilmədiyi və əmək müqaviləsi imzalanmadığı izah edilib.

Nazirlik bu məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət edəcək", - deyə F.Talıbov qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 761