Bakıda taxta emalı sexində yanğın olub


09:09     19 İyul 2020 yangin_38673636.jpg

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 500 m² olan taxta emalı sexinin dam örtüyünün taxta atmaları və içərisinə yığılan taxta materiallar 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 464