Tovuzda ermənilərin atdığı top mərmilərinin qalıqları aşkarlanıb - FOTO


09:12     19 İyul 2020 2020/07/1595114397695_LDhPA8Pn_1595135936.jpeg

İyulun 18-də Tovuz rayonun Dondar Quşçu və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 6 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 siqnal (əməliyyat çağırışı) daxil olub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumatlara əsasən, xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan kəndlərin ərazisində 3 ev və həyətyanı sahəyə, 2 əkin və 1 otlaq sahəsinə baxış keçirilib.



Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən aşkar olunan partlamış top mərmilərinin qalıqları götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış mərmilərin ətrafında 745 kv.m əraziyə yerüstü, 59 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.




Femida.az

Açar sözlər:

Oxunub: 669