Ermənistanda koronavirusa yoluxanların sayı 34,8 mini ötdü


11:01     19 İyul 2020 2020/01/koronovirus2_1580468432.jpg

Son sutkada Ermənistanda koronavirusa 415 yoluxma qeydə alınıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi bildirib.

Mərkəzin məlumatına görə, bununla da koronavirusa yoluxanların ümumi sayı 34 877 nəfərə çatıb.

Qeyd edilir ki, son sutkada daha 10 nəfər COVID-19-dan ölüb.

"Ermənistanda koronavirusa 34 877 yoluxma təsdiqlənib. 23 294 pasiyent sağalıb. 641 nəfər vəfat edib", - deyə mərkəzdən bildirilib.

Məlumata görə, hazırda 10 737 nəfər müalicə edilir. Koronavirusla bağlı ümumilikdə 146 717 test aparılıb.

Ermənistanda COVID-19-la mübarizə məqsədilə martın 16-dan avqustun 12-dək fövqəladə vəziyyət elan edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 501