DİN saxlanılan şəxslərlə bağlı yayılan məlumatlara münasibət bildirib
13:35 19 İyul 2020
“Dünən sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra guya pul müqabilində buraxılmalarına dair statuslar paylaşılıb”.
Femida.az bildirir ki, bu məlumatı Daxili İşlər Nazirliyi (DİN) Facebook səhifəsində paylaşıb. Məlumatda qeyd edilir ki, təəssüflər olsun ki, cəmiyyətimizdə öz dövlətinə, onun qanunlarına və hamının asayişinin və təhlükəsizliyinin keşiyində duran polis əməkdaşlarına belə iftira atanlara hələ də rast gəlinir:
“Birmənalı olaraq bildiririk ki, həmin statuslarda yazılanlar qərəzdən, polisin işgüzar nüfuzuna xələl gətirən və heç bir konkret fakta söykənməyən əsassız iddiadan başqa bir şey deyil.
Onu da vətəndaşlarımızın nəzərinə bir daha çatdıraq ki, hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aksiya zamanı təxribatçı hərəkətlərə yol vermiş şəxslərin kimliyinin müəyyən edilməsi və hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. İstintaq zamanı bu hərəkətlərə yol vermiş şəxslər ərazi polis orqanına dəvət edilir, təqsiri sübuta yetirilənlər barəsində müvafiq tədbirlər görülür, digərləri isə sərbəst buraxılırlar”.
Oxunub: 658
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib