Türkiyədə Azərbaycana dəstək məqsədli mitinq keçirilir - FOTO


17:14     19 İyul 2020 20_07_19_1595164501.jpg

Bu gün İstanbulun Beyaziıt meydanında "Can Azərbaycana canımız fəda" şüarı ilə Azərbaycana dəstək məqsədli mitinq keçirilir.

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyindən Femida.az-A verilən məlumata görə, tədbir Bütöv Azərbaycan Ocaqları, Turan Ocaqları və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi təşkilatçılığı ilə keçirilib. Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri də aksiyada iştirak ediblər.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. İştirakçılar "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirilib.

Açar sözlər:

Oxunub: 687