Rusiyadan daha 192 azərbaycanlı ölkəyə gətirildi


17:57     19 İyul 2020 20_07_19_1595167681.jpg

Bu gün daha 192 Azərbaycan vətəndaşı təyyarə ilə Rusiyadan ölkəyə gətirilib.

Azvision.az Femida.az-a istinadən xəbər verir ki, Moskvanın "Domodedovo" hava limanında soydaşlarımız "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Moskva-Bakı reysi ilə vətənə yola salınıb.

Qeyd edək ki, uçuş yerli vaxtla saat 16:00-a nəzərdə tutulsa da, yubanma baş verib.
Moskvadan havaya qalxan təyyarənin saat 21:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enməsi nəzərdə tutulub.


Femida.az

Açar sözlər:

Oxunub: 701