“Biz heç kimdən hədiyyə gözləmirik” - Şəhid generalın anası hədiyyəni geri göndərdi


18:09     19 İyul 2020 20_07_19_1595168063.jpg



Azərbaycanlı məşhur Nazilə Səfərli şəhid general Polad Həşimovun ailəsinə göndərdiyi kondisioner şəhidin anası tərəfindən geri qaytarılıb.

Femida.az xəbər verir ki, o, şəhid ailəsinə baş çəkərkən evdə kondisionerin olmadığını gördüyünü, səhəri gün evə kondisioner alıb göndərdiyini sosial şəbəkədə deyib.

Generalın şəhid anası isə "heç kimdən hədiyyə götürmədiyini" vurğulayaraq, hədiyyəni geri göndərib.

Nazilə Səfərlinin bu məsələni ictimailəşdirməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Həmin videonu təqdim edirik:



Femida.az

Açar sözlər: #şəhid   #general  

Oxunub: 1362