Lənkəran və Samuxda sərt karantin ləğv edildi


09:09     20 İyul 2020 2020/07/karantin_1594219811.jpeg

Bu gündən etibarən Lənkəran şəhərində və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv olunub.

Femida.az xəbər verir ki, bununla bağlı qərar COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla qəbul edilib.

Xatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 562