Yeni qanunla 130 nəfər cəzadan azad olunub və ya cəzası azaldılıb


14:41     20 İyul 2020 20_07_20_1595241982.jpg


Məhkəmələrin karantin rejiminə uyğun fəaliyyət göstərməsi nəzərə alınaraq iyulun 16-dan cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.

Femida.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

15 iyuldan etibarən yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal zəruri tədbirlər görülüb.

Nazirliyin vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Komissiyasının rəyləri nəzərə alınmaqla göndərdiyi təqdimatlara məhkəmələr tərəfindən təxirəsalınmadan onlayn qaydada baxılaraq 70 nəfərə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya daha yüngül rejimli müəssisəyə keçirilib.

Eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı təqdimatlara baxılaraq artıq 130 nəfərə yaxın şəxs müxtəlif cəzadan azad olunub və ya cəzası azaldılıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #məhkəmə   #qanun   #hüquq  

Oxunub: 3512