Ermənilər Avstraliyadakı səfirliyimizə qarşı vandalizm aktı törətdi
15:15 20 İyul 2020
Avstraliyada yaşayan ermənilər tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı vandalizm aktı törədilib.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 18-də yerli vaxtla səhər 6:50 radələrində bir qrup naməlum şəxs qanunsuz olaraq səfirliyin inzibati binasının ərazisinə daxil olaraq, təxribatçı əməllərə yol verib. Sonradan bu əməllərin “Erməni Gənclər Federasiyası”nın üzvləri tərəfindən törədildiyi üzə çıxıb. Səfirlikdə yaşayan insanların yatmasından istifadə edən qorxaq ermənilər sübh vaxtlarında səfirliyin inzibati ərazisinə daxil olaraq, böhtan və yalan xarakterli bannerlərini yerləşdiriblər.
Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki, təxribatçılar məhz Azərbaycanın xaricdəki diplomatik missiyalarına qarşı son zamanlar ermənilərin hazırladığı təxribatların qarşısının Azərbaycan diasporu tərəfindən qətiyyətlə alındığını nəzərə alaraq, qorxaqcasına sübh saatlarında bu vandal əməli həyata keçirərək qaçıblar.
R.Qurbanov vurğulayıb ki, təxribatçılar sonradan öz hiyləgər və barbar “şücaətlərini” sosial media hesablarında paylaşmış və öz həmmillətlərini Azərbaycan səfirliyinə qarşı təxribatçı əməllərə təşviq etmiş, hətta bəziləri səfirliyin binasına yandırmağa belə çağırmaqdan çəkinməmişlər.
Qeyd olunan təxribatçı əməl barədə Avstraliyanın əlaqədar qurumlarına dərhal məlumat verilib və hazırda hadisə ilə bağlı Avstraliya Federal Polisi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 710
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Hikmət Hacıyev Baydenin köməkçisi və Ermənistan TŞ-ın katibi ilə görüşüb
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib