Nazirlik 2 milyard məsələsinə aydınlıq gətirdi


15:47     20 İyul 2020 2020/07/fazil_1595097355.jpg


Bəzi KİV-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 290 fərdi evin tikintisi üçün guya 2 milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir.

Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.

O bildirib ki, əslində həmin məbləğ 19 milyon 884 min 431 manatdır: "Nazirlik bu sahədə büdcə vəsaitlərinin daha qənaətli istifadəsi üçün 274 fərdi ev üçün ayrılmış həmin vəsait hesabına bundan daha çox, 290 fərdi evin tikilməsini təmin edəcək. Bu barədə tender.gov.az saytında da rəsmi məlumat var. Lakin fərdi evlərin tikintisi işlərinin satın alınması üçün müvafiq saytda dərc edilmiş tender müqaviləsinin maliyyə göstəricisi qeyd edilərkən texniki yanlışlığa yol verilib və tam işarəsini bildirən vergül qeyd edilmədiyindən “19884431,31” rəqəmi “1988443131” kimi göstərilib".

Femida.az

Açar sözlər: #sosial   #ƏƏSMN  

Oxunub: 553