Daha 369 nəfər koronavirusa yoluxub - Azərbaycanda
17:12 20 İyul 2020
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6817, ötən müddət ərzində isə 634 698 test aparılıb.
Femida.az
Oxunub: 567
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub