SMS icazə üçün ayrılan 3 saatın gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur


18:40     20 İyul 2020 20_07_20_1595256055.jpg

“SMS icazə üçün ayrılan 3 saatın hazırda gün ərzində hissələrə bölünməsi nəzərdə tutulmur”.

Femida.az -ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, son məqsəd yoluxmanın səviyyəsini azaltmaqdır: “Əgər yoluxmanı aşağı salmaq istəyiriksə, mümkün qədər az insanın evdən çıxması lazımdır. Ona görə də 3 saatın bölünməsi düzgün olmaz”.

Açar sözlər:

Oxunub: 625