İki ayı, iki canavar və iki meymunu qəfəsdə saxlayan restoran sahibi cəzalanıb


19:52     20 İyul 2020 20_07_20_1595259518.jpg

Ağstafa rayonu "Yaşıl Göl" restoranında vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Femida.az məlumatına görə, nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, "Yaşıl Göl" ailəvi istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanıldığına görə akt tərtib olunub: “Vəhşi heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.

Açar sözlər:

Oxunub: 825