Tovuzda mağazadan 2000 manatlıq siqaret oğurlanıb


09:53     21 İyul 2020 20_07_21_1595310857.jpg

Tovuzda oğurluq faktı qeydə alınıb.

APA-nın yerli bürosunun mılumatına görə, hadisə gecə saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.

Xəyal Qurbanova məxsus mağazaya daxil olan naməlum şəxslər mağazadan 300 manat nağd pul və 2000 manatlıq siqaret aparıblar.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 550