38 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü


10:02     21 İyul 2020 20_07_21_1595311386.jpg

İyulun 20-də saat 20 radələrində Qəbələ rayonu, Yenikənd kənd sakini Cəlil Qismətovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Femida.az-a Qəbələ rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Cəlil Qismətovun qohumunun evində elektrik xəttini cərəyana qoşmaq istəyərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 677