Şəmkirdə evi yandırıb oğlunun ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır


10:19     21 İyul 2020 1398947325_mehkeme.jpg

Şəmkirdə ailə üzvlərini yandıran və oğlunu öldürən Vəli Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Şəmkirin Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu ailə münaqişəsi zəminində evinə benzin tökərək yandırıb. Hadisə nəticəsində ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Yaqubov, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan Bakı şəhərində gətiriliblər.

Yaqubov Əkbər Vəli oğlu Bakıda xəstəxanada dünyasını dəyişib. Hadisəni törədən Vəli Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Hadisənin aiilə münaqişəsi zəminində törədildiyi məlum olub.

V.Yaqubova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 671