Tovuz döyüşlərində Azərbaycan ərazi itirməyib – RƏSMİ AÇIQLAMA
11:59 21 İyul 2020
“İyulun 12-dən günorta saatlarından başlayaraq Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar. Sonra daha iri silahlarla mövqelərimizi ağır artilleriyadan atəşə tutublar. Amma bu təxribatın qarşısı alınmışdır. Müvafiq planlar var və həmin planlar dərhal işlər düşür. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması üçün əmr verilmişdi”.
Femida.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
“Düşmənin dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edildi. Aprel döyüşlərində olduğu kimi bu dəfə də Ermənistanın rəhbərliyi döyüş itkilərini gizlədib. Amma buna baxmayaraq bir qismini etiraf etmək məcburiyyətdinə qaldı. Bir müddət sonra real itkilərin sayını biləcəyik”, V.Dərgahlı bildirib.
O qeyd edib ki, döyüşlərdə hər hansı ərazi itkisi olmayıb: “Sosial şəbəkələrdə bəlli olmayan mənbələr tərəfindən bununla bağlı yayılan məlumatları tamamilə rədd edirik”.
Oxunub: 558
Oxşar xəbərlər
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Tovuzda avtomobillər toqquşub, xəsarət alan var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Tovuzda gənc oğlan özünü asaraq intihar edib
- Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb
- Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda avtomobil aşıb, xəsarət alanlar var
- Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb
- Tovuz sakini 75 yaşlı atasını güllələyərək öldürüb