İrəvan Minsk qrupunun dəyişməsini istəmir


16:08     21 İyul 2020 20_07_21_1595333315.jpg

ATƏT-in Minsk qrupu əvvəlki kimi münaqişənin sülh yolu ilə həllinə sadiq qalır və sülh prosesinin irəliləməsi üçün bütün səylərini göstərir.

Azvision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "France 24"ə müsahibəsində deyib.

Onun fikrincə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər üçü - Rusiya, Fransa və ABŞ sülh danışıqlarına kömək etmək üçün səy göstərir.

“Onların ortaq işi çox vacibdir. Düşünürəm ki, həmsədrlərin rolu çox müsbətdir və Minsk qrupunun dəyişməsi üçün heç bir səbəb görmürəm".

Ermənistan və Azərbaycan liderlərinin görüşünün nə vaxt gözlənilə biləcəyinə gəldikdə isə, Mnatsakanyan qeyd edib ki, İrəvan sülh prosesinin irəliləməsi üçün "istənilən tədbirləri" görməyə hazırdır. Mnatsakanyan əlavə edib ki, bu görüşlər sülh prosesinin ayrılmaz hissəsidir.

"Ancaq bunlar ehtiyatla hazırlanmalıdır və bunun üçün yaxşı bir zəmin yaradılmalıdır. Xarici işlər nazirləri bu işi həyata keçirirlər və görüş bunun üçün zəmin hazırlandıqda baş tutacaq".

Femida.az

Açar sözlər: #İrəvan   #Ermənistan   #Minsk  

Oxunub: 652