Deputatların maaşı artırıldı - Naxçıvanda


16:50     21 İyul 2020 20_07_21_1595335901.jpg


Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib.

Femida.az xəbər verir ki, sessiyada cari məsələyə - Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılmasına da baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, son dövrlərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı və əməkhaqlarının mərhələlərlə bir neçə dəfə artması bu məsələyə də baxılmasını zəruri edib. Bütün bunlar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılması ilə bağlı qərar layihəsi hazırlanıb.

Qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 807