Rusiyadan daha 440 nəfər Azərbaycana gətirilib


21:26     21 İyul 2020 4K-AZ86-AZAL-Azerbaijan-Airlines-Airbus-A340-500_PlanespottersNet_390592.jpg

Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Femida.az-ın məlumatına görə, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

"Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb", - E.Hüseynov bildirib.

Xatırladaq ki, sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 848