Siyəzən və Xızıda narkotik alverçiləri tutulub
12:34 22 İyul 2020
Siyəzən və Xızıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 21 qramdan artıq heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Xızı rayon sakini R.Qədirova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 108 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana, habelə evinə baxış zamanı heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Oxunub: 656
Oxşar xəbərlər
- Siyəzəndə zəlzələ olub
- Siyəzəndə ev yanıb, xəsarət alan var
- Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- "Siyəzən Broyler"də yanğın olub
- "Siyəzən Broyler" ASC-nin ərazisində yanğın olub
- Muxtar Babayev Siyəzəndə vətəndaşları qəbul edib
- Siyəzəndə ər-arvadı şantaj edərək pul alan şəxs saxlanılıb
- Siyəzəndə ata və oğul dəmir yolundan oğurluq edib
- Siyəzəndə zəhərlənmə hadisəsi olub
- Siyəzəndə 40 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb