Tacikistan yenidən silkələndi


02:33     09 Dekabr 2015 zelzele9.jpg

Tacikistanda dekabrın 7-də baş verən zəlzələdən sonra daha yeddi yeraltı təkan qeydə alınıb. Bu təkanlar nəticəsində iki nəfər həlak olub, 15 nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib. Birinci zəlzələ Dağ Bədəxşan Muxtar Vilayətindəki Sarez gölünün 22 kilometrliyində baş verib. Məlumata görə, gölün bəndində kiçik çatlar meydana gəlib. Göldə yaranan son vəziyyəti qiymətləndirmək məqsədi ilə xüsusi işçi qrupu da yaradılıb.


Qeyd olunur ki, Baş nazirin müavini Azim İbrahimin rəhbərliyi ilə Hökumət Komissiyası yaradılıb. Komissiya zəlzələdən zərər çəkənləri müvəqqəti yaşayış sahəsi, isti paltar, ərzaq və dərmanlarla təmin edir.

Açar sözlər:

Oxunub: 783