Sumqayıtda mənzildə meyit tapılıb


17:11     22 İyul 2020 meyittt.jpg

Sumqayıtda mənzildə meyit tapılıb.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Səfiyev Qadir Cəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 745