XİN ABŞ Dövlət Departamentinə cavab verdi


17:48     22 İyul 2020 2020/02/xin_esas_1582897787.jpg

2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib. Belə ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVID-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.


Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı "Report"a bildirib ki, Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır.

"Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik", - XİN rəsmisi vurğulayıb.

Femida.az

Açar sözlər: #XİN  

Oxunub: 626