İyul ayı üzrə bütün təqaüdlər ödənildi


19:50     22 İyul 2020 20_07_22_1595433214.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Femida.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib

Qyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Bundan əvvəl iyulun 15-dək isə bu ayın bütün pensiyaları, o cümlədən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib.

"Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq", - deyə F.Talıbov bildirib.

Femida.az

Açar sözlər: #iyul   #təqaüd   #sosial   #əəsmn   #dsmf  

Oxunub: 1007