Gizli fəaliyyət göstərən çayxana aşkarlanıb
09:31 23 İyul 2020
Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhərin Bağbanlar küçəsində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvana baxış keçirilib. Obyekti işlədən Vüqar Bəkirovun karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub.
Xüsusi karantin qaydalarını pozan icarədar və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər. Çayxananı işlədən V.Bəkirova xəbərdarlıq edilib və sərtləşdirilmiş karantin rejimi müddətində təkrar qaydaları pozacağı təqdirdə barəsində daha ciddi tədbirlərin görüləcəyi onun diqqətinə çatdırılıb.
Oxunub: 820
Oxşar xəbərlər
- İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları
- ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
- KİV: Avstriya Rusiyanın kəşfiyyatı ilə gizli əməkdaşlıq edir
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- Ocaqnejad Azərbaycandan gizli yolla qaçıb - İlginc detallar
- Bakı-İstanbul reysində qızıl məmulatlarının gizli keçirilməsinin qarşısı alınıb
- DYP-dən gizli radarların quraşdırılması iddiasına münasibət
- Lukaşenkonu və uşaqlarını öldürmək PLANI: restoranda “müxalif generallarla” GİZLİ GÖRÜŞ - TƏFƏRRÜAT
- Şuşada erməni bankından görün nə tapıldı - Gizli qalan VİDEO
- Gizli işləyən çayxananın sahibi və müştəriləri cərimələndi