Trampın 5 yaxın dostu koronavirusdan öldü


09:57     23 İyul 2020 2020/07/tramp4_1595482332.jpg

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası səbəbindən beş dostunu itirdiyini bildirib.


Femida.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalının efirində deyib.


Dövlət başçısı bildirib ki, son vaxtlara qədər pnevmoniyadan heç bir qohumu və yaxın dostu ölməyib: “İndi 5 nəfəri itirdim, bəlkə altı... Beş dostumu itirdim. Onlardan biri Nyu-Yorkun daşınmaz əmlak bazarında uğur əldə etmişdi”.


Trapm iş adamı olan dostu barədə danışarkən deyib ki, onun koronavirus testi müsbət çıxdıqdan sonra xəstəxanaya yerləşdirildi: “Xəstəxanaya yerləşdirildikdən iki gün sonra komaya düşdü və bir neçə gün sonra öldü”.


ABŞ lideri əlavə edib ki, bu faciəli epizod bir daha göstərdi ki, koronavirus xəstəliyinə yoluxan, risk altında olan insanlara xüsusi qayğı göstərilməlidir.(apa.az)

Açar sözlər:

Oxunub: 425