Bakıda marketdən oğurluq olub


10:13     23 İyul 2020 1411037493_shirvanda-ogru-deste-tutuldu-cenubnews4.jpg

Bakıda marketdən oğurluq edilib.

Femida.az -ın məlumatına görə, iyulun 20-də, saat 16 radələrində rayonun Binə qəsəbəsindəki "Rahat" marketdən 450 manat dəyərində iki ədəd viski oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Mövsüm Aslanov və 22 yaşlı Kənan Zahirbəyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 607