Rus jurnalistlər Türkiyədən qovuldu


03:30     09 Dekabr 2015 xw_1186997.jpg

Rusiyanın “Rossiya 1” telekanalının çəkiliş qrupun Türkiyədən deportasiya edilib.


Bu barədə Ümumrusiya dövlət teleradio şirkətinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi Ankara Rusiya səfirliyinə baş verən hadisənin səbəblərini açqılamaqdan imtina edib.

“Jurnalistlər Türkiyənin cənub-şərqində Suriya ilə sərhəd Hatay əyalətində saxlanılıblar. Bu, onlar qonşu Qaziantep əyalətinə yollanarkən baş verib”, - məlumatda bildirilir.

“Xüsusi müxbir” verilişinin jurnalistlərinin mülki geyimli naməlum şəxslər tərəfindən saxlanıldığı bildirilir. Rusiya telekanalı iddia edir ki, jurnalistləri saxlayan şəxslər özlərini təqdim etməkdən və sənədlərini göstərməkdən imtina ediblər.

Açar sözlər:

Oxunub: 786