Xələf Xələfov ABŞ səfiri ilə görüşdü - Los-Anceles hadisələrinə görə


13:18     23 İyul 2020 20_07_23_1595496039.jpg

“Mən artıq ABŞ-ın Azərbaycandakı səfiri ilə də görüşmüşəm. Aldığımız məlumata görə, Los-Ancelesdə 3 min nəfərə yaxın erməni icmasının nümayəndələri sayca az olan Azərbaycan nümayəndələrinə hücum edib və onlara təzyiq göstərərək xəsarət yetirib, rəmzlərimizə qarşı vandalizm hərəkətləri törədiblər, nalayiq hərəkətlər ediblər”.

Femida.az xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O təəssüf hissi ilə qeyd edib ki, bütün baş verənlər polisin gözləri qarşısında baş verib: “Onlar vətəndaşlarımızın, icma nümayəndələrinin toxunulmazlığını qoruya bilməyib. ABŞ səfiri də bunu etiraf edib. Araşdırmalar başlayıb və səbəbkarlar məsuliyyətə cəlb olunacaq, məsələyə hüquqi qiymət veriləcək. Bu kimi görüşlər digər ölkələrin səfirləri ilə də keçirilir.

Azərbaycan dövləti hər bir vətəndaşın yanındadır və onların müdafiəsi üçün lazımi bütün addımları atır. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan xaricdə fəaliyyət göstərən missiyamıza təzyiq göstərsin. Bu təhdidlərin hamısının qarşısı qətiyyətlə alınacaq. Necə ki, bu gün Azərbaycan Ordusu işğal edilən torpaqlarımızı geri qaytarmağa qadirdir, eləcə də dövlətimiz də soydaşlarımzıı qorumaqda, onlara dəstək olmağa hər zaman hazırdır və buna imkanları çatır”.

Femida.az

Açar sözlər:

Oxunub: 730