Azərbaycan diasporu 25 xarici ölkədə 56 aksiya keçirib


13:38     23 İyul 2020 diaspora_1494927827.jpg

“Ermənistanın təxribatı ilə bağlı 25 xarici ölkədə 56 aksiya keçirilib. Bu aksiyalar icazə alınaraq qanunlar çərçivəsində baş tutub".


Femida.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini deyib ki, radikal erməni təşkilatları yandırıcı maddələrdən, digər vasitələrdən istifadə edərək azərbaycanlılara qarşı təxribat törədir: “Niyə o ölkələrin polisləri gözləri qarşısında törədilən bu hadisələrə müdaxilə etmirlər? İnanırıq ki, bu hadisələr araşdırılacaq və lazımi addımlar atılacaq. Bizim aksiyalar sülhməramlıdır. Bu aksiyalara soydaşlarımız ailələri, övladları ilə qatılır. Biz soydaşlarımıza hər zaman dəstək verməyə hazırıq”.

Femida.az

Açar sözlər: #diaspor  

Oxunub: 343