Ermənistan ordusu daha bir itki verdi


15:28     23 İyul 2020 20_07_23_1595503861.jpg

Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərdə yaralanmış erməni hərbçi Artur Muradyan ölüb.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"14 iyul tarixində döyüşdə başından ağır yaralanan hərbi qulluqçu Artur Murdayan xəstəxanada ölüb”, - deyə məlumatda bildirilib.

Ölən erməni hərbçi 2001-ci il təvəllüdlüdür.

Qeyd edək ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan ordusu ağır itkilər versə də, düşmən tərəfi bunu gizlətməyə çalışır.

Femida.az

Açar sözlər: #Ermənistan   #ordu   #itki  

Oxunub: 708