Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub


17:40     23 İyul 2020

İyulun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında müvafiq kursların dinləyicilərinin buraxılış mərasimi keçirilib.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Mərasimdə məruzə ilə çıxış edən Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində əldə olunan nailiyyətlərdən danışıb, Müdafiə naziri adından məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 434