Tərtərdə oğurluq edən şəxslər saxlanıldı
19:59 23 İyul 2020
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində cari ilin yanvar və iyul aylarında rayon ərazisində yerləşən mağazalardan və evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayonun Ağkənd ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nicati, K.Paşalı və E.Paşazadə saxlanılıb.
Araşdırmalarla onların 450 manat miqdarında 3 baş qoyun oğurladıqları müəyyən edilib.
Bundan başqa, keçirilmiş digər tədbirlərlə rayonun Evoğlu kəndində yerləşən 2 mağazadan siqaret, kontur və pul oğurlamaqda şübhəli bilinən rayon sakini A.Şahbazlı da saxlanılıb. Saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.
Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Oxunub: 761
Oxşar xəbərlər
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Tərtərdə qohumunu qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Tərtərdə silah-sursat aşkar edilib
- Tərtərdə gənc oğlan qətlə yetirilib - FOTO
- Tərtərdə 21 yaşlı gənc itkin düşüb
- Tərtərdə müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb
- Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb
- Tərtərdə qanunsuz ov edən şəxslər saxlanılıb
- Tərtərdə müştərilərə qəlyan təklif edən çay evinin inzibatçısına cinayət işi başlanılıb