İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək


12:36     24 İyul 2020 20_07_24_1595579841.jpg


Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”ı insan alverinə qarşı mübarizədə aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsinə xidmət edir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, Milli Fəaliyyət Planının məqsədi insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası tədbirlərinin də davam etdirilməsidir.

Bu tədbirlərdən biri şəxslərin insan alveri qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının müəyyən edilməsi və sosial müdafiəsinin təmin olunmasıdır.

Habelə insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, nəticələrinin aradan qaldırılması, insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi qeyd edilən tədbirlər sırasındadır.

Milli Fəaliyyət Planı, eyni zamanda, insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şərait yaradılmasını nəzərdə tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanlarına, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş potensial insan alveri qurbanlarına zəruri yardımları təşkil edir. Mərkəz həmin kateqoriyalardan olan şəxslərin hüquq və mənafelərinin müdafiəsi, zəruri tibbi, psixoloji, hüquqi və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 347