Ermənilərin Belçikadakı səfirliyimiz qarşısında icazəsiz aksiyası baş tutmayıb


12:38     24 İyul 2020 20_07_24_1595580044.jpg


Azərbaycanın Belçikadakı səfirliyinin önündə təxribatçı və vandal hərəkətlərini reallaşdırmaq məqsədilə piket keçirmək istəyən ermənilər soydaşlarımızın etiraz aksiyası ilə qarşılaşıblar.


Bu barədə Femida.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan azərbaycanlılar qısa zamanda Azərbaycan səfirliyinə yığışıb. Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış "Ermənistanın təcavüzkar siyasətinə son!", "Xocalıya ədalət!" şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar.

Aksiya ərzində Azərbaycanın dövlət himni, vətənpərvərlik marşları və mahnıları, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "İşğalçı Ermənistana ar olsun!" kimi ədalətli şüarlar səsləndirilib. BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, ölkəmizin əzəli torpaqları olan Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyət göstərən qondarma və cinayətkar rejimi heç bir təşkilatın və ölkənin tanımadığı, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edəcəyi və ərazi bütövlüyünü bərpa edəcəyi erməni piketçilərinin diqqətinə çatdırılıb. Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb.

Femida.az

Açar sözlər: #erməni   #Belçika   #aksiya  

Oxunub: 688