“Ehtiyatlı olun, təxribata uymayın!” - Səfir çağırış etdi


13:12     24 İyul 2020 vilayet_1504033556.jpg

Srağagün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır.

Femida.az xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Facebook” hesabında yazıb.

Diplomat vurğulayıb ki, sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər.

“Və bu fonda Los-Anceles, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər. Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya, hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü. Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin.

Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?

Ayıq olun!

Bizim “Qana qan!” şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!".


Femida.az

Açar sözlər:

Oxunub: 482


Oxşar xəbərlər