Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib


14:53     24 İyul 2020 konstitusiya%20mehk%20sok%20qerar.jpg

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 18-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, İXM-nin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Maddənin 1.3-cü bəndində isə qeyd edilir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.


Femida.az

Açar sözlər:

Oxunub: 1166