Karantin qaydalarına zidd fəaliyyət göstərən kafe aşkarlandı
15:09 24 İyul 2020
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarazəncir kəndində fəaliyyət göstərən “Rövşən” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Karantin qaydalarının pozulduğu həmin obyektin fəaliyyəti ilə bağlı 4 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Femida.az
Oxunub: 767
Oxşar xəbərlər
- Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
- Karantin rejimi ilə bağlı 24 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimi ilə bağlı 13 mindən çox ticarət obyekti monitorinq edilib
- Karantin rejimini pozan mikroavtobus sürücüləri cərimələnib
- Karantin rejimini pozan vəzifəli şəxsə cinayət işi açıldı
- Karantin qaydalarını pozan çay evləri cərimələndi
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantin qaydaları pozuldu: 5 şadlıq evi cəzalandırıldı
- Karantin qaydalarını pozan restoranlar cərimələnib
- Karantin qaydalarını pozan çayxana aşkarlandı