Rusiyadakı Azərbaycan diasporunun vəziyyəti müzakirə olunub
16:25 24 İyul 2020
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşəbbüsü ilə Komitə sədri Fuad Muradov və Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının, diaspor fəallarının, Moskvadakı dipolomatik korpusun nümayəndəsinin iştirakı ilə videokonfrans keçirilib.
Femida.az xəbər verir ki, videokonfransda dünya azərbaycanlılarının Azərbaycan torpaqlarının azad olunması, erməni təxribatlarına son qoyulması məqsədilə bütün dünyada birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan etməsi, aksiyalar keçirməsi, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə müraciətlər etmələri barədə geniş fikir mübadiləsi aparılıb.
Mövcud vəziyyətdə Rusiyada baş verən hadisələr, ermənilərin azərbaycanlılara qarşı vəhşi hərəkətləri təhlil olunub, diaspor üzvlərinin hadisə ilə bağlı münasibətləri öyrənilib və ətraflı müzakirə aparılıb.
Femida.az
Oxunub: 861
Oxşar xəbərlər
- Rusiyadakı səfirliyimiz erməni təxribatının qarşısını aldı
- Rusiyadakı azərbaycanlılar Baş prokuror İqor Krasnova müraciət ediblər
- Rusiyadakı azərbaycanlı miqrantlar 10 illik vahid sənədlə təmin ediləcək
- Rusiyadakı Azərbaycan icması erməni təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib
- Rusiyadakı qəzada yaralanan azərbaycanlıların sayı artıb
- Rusiyadakı partlayışda ölənlərin sayı 20-yə çatıb