Rusiya XİN-də erməni səfirlə danışıqlar aparıldı


16:44     24 İyul 2020 2020/07/rusiy-1595591989_1595594834.jpg

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Ermənistanın bu ölkədəki səfiri Vardan Toqanyan ilə görüşüb.

Femida.az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.

“Mövcud eskalasiya şəraitində ümumi Avropa və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Dağlıq Qarabağ tənzimlənməsi prosesinin davam etdirilməsi perspektivləri də nəzərə alınmaqla, vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərə ehtiyac olduğu vurğulanıb”, - deyə açıqlamada deyilir.

Xatıırladaq ki, son günlər ermənilər xarici ölkələrdə, o cümlədən Rusiyada yaşayan azərbaycanlılara qarşı təxribatlar həyata keçirir, onlara ağır xəsarətlər yetirir.

Femida.az

Açar sözlər:

Oxunub: 811