Həftəsonu elektrik qatarlarının hərəkəti dayandırılacaq


17:52     24 İyul 2020 2020/07/1595597910375_jLSMGJSz_1595598850.jpeg

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Femida.az -a verilən məlumata görə, qərara əsasən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 25 və 26 iyul tarixlərində hərəkətdə olmayacaq.

Açar sözlər:

Oxunub: 702