Şirvanda üç maşın toqquşub, xəsarət alanlar var - FOTO


19:00     24 İyul 2020 20_07_24_1595602891.jpg

Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində zəncirvarı qəza baş verib.

APA-nın məlumatına görə, “VAZ-2107” markalı avtomobil yüksək sürətlə qarşı tərəfin hərəkət zolağına çıxaraq "Mitsubishi Pajero" və "Chevrolet" markalı avtomobillərlə toqquşub.

Nəticədə sürücülər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. “VAZ-2107”nın sürücüsünün vəziyyəti ağır olduğundan o reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 855